[b]AZAL - üçüncü, Mombonqo - birinci[/b]
22.05.2015 - 23:06
[b]AZAL  - üçüncü, Mombonqo  -  birinci[/b]

Topaz Premyer Liqasının XXXV turu çərçivəsində baş tutan AZAL – “Simurq” oyununda 2014/15 mövsümündə bir ilk qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in hücumçusu Freddi Mombonqo cari mövsümdə bir oyunda 4 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

 

AZAL isə 35 tur boyunca bir oyunda 5 və daha artıq qol vuran 3-cü komanda olub. Buna qədər “İnter” iki, “Simurq” isə bir dəfə belə uğura imza atıb.

 

“Bankirlər” Topaz Premyer Liqasının 2014/15 mövsümünün III turunda “Sumqayıt”ı 5:1, VI turda isə “Bakı”nı 7 cavabsız qolla məğlub etmişdi.

 

Bu matçda AZAL-a 5 cavabsız qolla məğlub olan “Simurq” isə XVIII turda öz qapısında 2 qol gördüyü oyunda “Bakı”nı 5 qolla yenmişdi.

0