[b]“Sırf “Neftçi”dən təklif gözlədiyimə işarə vurmaq istəmirəm”[/b] - Daniel Subotiç
26.05.2015 - 14:31
[b]“Sırf “Neftçi”dən təklif gözlədiyimə işarə vurmaq istəmirəm”[/b] - Daniel Subotiç

“Neftçi”nin məni istəyib-istəmədiyini bilmirəm. Ümumiyyətlə, Azərbaycandan təklif gəldiyindən də xəbərim yoxdu. Bu işlərlə menecerim məşğul olur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin keçmiş hücumçusu Daniel Subotiç deyib.

 

Hazırda Küveytin “Qadsia” klubunda çıxış edən 26 yaşlı futbolçunun yenidən Azərbaycana qayıtmaq ehtimalı var. Subotiçlə heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilən “Neftçi” maraqlanır.

 

Lakin təcrübəli forvard “ağ-qaralar”ın diqqət mərkəzinə düşməsindən xəbərsiz olduğunu bildirib. “Azərbaycana qayıtmaq istərdinizmi” sualına Subotiçin cavabı belə olub: “Baxır təklif nə vaxt gəlir və şərtlər necədi? Yayda Azərbaycandan təklif gəlsə, dəyərləndirə bilərəm. Bunu deməklə, sırf “Neftçi”dən təklif gözlədiyimə işarə vurmaq istəmirəm”.

 

“Qəbələ” haqda da danışan Subotiç sabiq komandasının cari mövsümdə imza atdığı nəticədən xəbərdar olduğunu bildirib: “Bəli, “Qəbələ”nin çıxışını izləyirəm. Bilirəm ki, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Keçən il də çempionatı bürünc medalla başa vurmuşduq. “Qəbələ”nin Avrokuboka vəsiqəni təmin etdiyini də bilirəm. Amma bu kluba qayıtmağım inandırıcı görünmür. Çünki “Qəbələ”dən təklif almamışam”.

 

Qeyd edək ki, 2013-14 mövsümünü “Qəbələ”də keçirən Subotiç “qırmızı-qaralar”ın heyətində 35 oyunda 13 qol vurmuşdu.

 

Tengiz MƏMMƏDOV

 

 

 

 

0