“Zenit” “qızıl forma” ilə oynayacaq - FOTO
29.05.2015 - 00:05
“Zenit” “qızıl forma” ilə oynayacaq - FOTO

Rusiya çempionluğunu təmin etmiş Sankt-Peterburqun “Zenit” klubu Premyer Liqanın 30-cu turu çərçivəsində “Lokomotiv” lə qarşılaşacaq. Apasport.az saytının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, peterburqlular bu oyuna çempionluğun rəmzi olan qızılı rəngli forma ilə çıxacaqlar.

 

Klub eyni zamanda paytaxta da qızılı rəngli avtobusla gələcək.

 

Bu mövsüm 5-ci çempionluğunu qazanmış klub həmçinin yeni formasının üzərinə 1 ulduz da həkk etdirib.

 

Xatırladaq ki, görüş mayın 30-da baş tutacaq.

0