Milli üzvü oynadı, komandası səfərdə bərabərə qaldı
29.05.2015 - 21:55
Milli üzvü oynadı, komandası səfərdə bərabərə qaldı

Milli komandamızın üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk Split” Xorvatiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Xorvatiya Liqasının 36-cı turunda “RNK Split”ə qonaq olan Qurbanovun komandası səfərdən 1:1-lik bərabərliklə dönüb.

 

Həmyerlimiz matça start heyətində başlayıb. İlk hissəni məğlub bitirən “Hayduk”da Ruslan Qurbanovun əvəzinə ikinci hissədə Maloku meydana daxil olub.

 

Məhz Malokunun 49-cu dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirən “Hayduk” matçdan 1 xalla ayrılıb.

 

Bu nəticədən sonra həmyerlimizin çıxış etdiyi komanda 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

İlk iki pillədə isə uyğun olaraq “Dinamo” (Zaqreb) və “Riyeka” yer alıb.

0