“Azərreyl”də yeni tapıntı - FOTO
04.06.2015 - 09:40
“Azərreyl”də yeni tapıntı - FOTO

Yeni mövsümdə iddialı olacaq “Azərreyl” daha 2 voleybolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi tailandlılar Nutsara Tomkomla Vanna Buakevanın ardınca amerikalılar Cessika Cons və Hali Ekermanla danışıqları müsbət yekunlaşdırıblar.

 

Hər 2 voleybolçu ən azı növbəti mövsümü “Azərreyl”də oynayacaqlar.

 

Cons Azərbaycan azarkeşləri üçün tanış simadı. Çünki 29 yaşlı blokçu 2013/2014 mövsümündə “Azərreyl” “Azəryol” adlanan vaxt bu komandanın şərəfini qoruyub. Lakin mövsümün sonunda zədələndiyindən ölkəsinə dönmüşdü.

 

23 yaşlı Ekermanı isə “Azərreyl” üçün tapıntı saymaq olar. Çünki ölkəsinin ən perspektivli hücumçularından hesab olunan Hali yaşının az olmasına baxmayaraq, legioner həyatı yaşayıb. 190 sm boya malik oyunçu Cənubi Koreyanın “Qalteks” və Puerto-Rikanın “Leonas de Ponse” klublarında çıxış edib.

 

“Azərreyl” bu transferləri təsdiq etməsə də, təkzib də etməyib.

 

Komanda ötən il 2 illik müqavilə bağladığı bolqarıstanlı Straşmira Filipova və kanadalı Tabita Lavla da yoluna davam edəcək.

0