Bakı-2015: [b]“Gördüyümüz ən yaxşı stadion Azərbaycandadı”[/b]
23.06.2015 - 09:47
Bakı-2015: [b]“Gördüyümüz ən yaxşı stadion Azərbaycandadı”[/b]

“Çimərlik futbolu üçün tarixi anlardı”. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın Çimərlik Futbolu Federasiyasının əməliyyatlar üzrə baş direktoru Joan Kusko deyib.

 

Bakı-2015 I Avropa Oyunları ilə bağlı təşkil edilən mətbuat konfransında çıxış edən FİFA rəsmisi bildirib ki, açılış mərasimində iştiraka görə məmnun olub: “Ən yaxşı heyətlərimizi Azərbaycana gətirmişik. Gözəl oyunların şahidi olacaqsınız. Biletlər tam satılıb. İndiyə qədər gördüyümüz ən yaxşı stadion Azərbaycandakıdı. İstəyirik yeni azarkeşlər, yeni idmançılar qazanaq, televiziya tərəfindən bu idman növü daha geniş təbliğ olunsun. Sabahdan oyunlara başlayırıq. İdmançılarımızın füsunkar bacarıqlarını sizə nümayiş etdirəcəyik”.

 

Joan Kusko qeyd edib ki, Avropa Oyunlarında çimərlik futbolunun keçiriləcəyi meydan idealdı: “Biz 1994-cü ildə dünyaya gəlmişik. 2004-cü ildən rəsmi idman növü sayılmışıq. Avropa Oyunlarına qatılmaq bizim üçün bir şansdı. Olimpiya Oyunlarına yaxınlaşmaq üçün yaxşı imkanımız olacaq. Hazırda Azərbaycana gələn heyətlər Avropanın ən güclü komandalarıdı. Məkan fantastikdi. Gətirilən qum idmançıların bacarıqlarını göstərmələri üçün əlverişlidi. İstəyirik idmançılar rahat qaçsın, bir sözlə uçsunlar. Çünki dünya səviyyəli məkanda oynayacaqlar. Oyunlardan sonra bu, bizim idman növü üçün bir miras olacaq. İstərdik həmin stadionda daim yarışlar keçirilsin”.

0