[b]Bakı-2015: Teymur Məmmədov: Söz vermişəm ki...[/b]
24.06.2015 - 20:13
[b]Bakı-2015: Teymur Məmmədov: Söz vermişəm ki...[/b]

“Döyüş bir az ağır keçdi. Çünki rəqibim zəif deyildi. Amma mən ondan təcrübəli və güclü olduğum üçün qələbə qazandım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

 

I Avropa Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinal görüşündə rusiyalı Pavel Silyaginə qalib gələrək, adını finala yazdırıb.

 

Məmmədov qeyd edib ki, finalda qarşılaşacağı italiyalı rəqibi Valentino Manfredonia ilə bu vaxta qədər döyüşməyib: “Mən bundan qabaq da demişəm ki, qızıl medala layiqəm. Rusiyanın Tomsk şəhərində yaşayan əmimə söz vermişəm ki, finala keçsəm, ona salam göndərəcəm. Əmimi çox istəyirəm. O ki qaldı finala, rəqibimi tanımıram. Onunla əvvəllər döyüşməmişəm. Ancaq döyüş taktikasını izləmişəm. İnşallah, yaxşı olacaq”.

 

Qeyd edək ki, Məmmədovun Manfredonia ilə həlledici qarşılaşması sabah saat 19:00-da olacaq.

0