Bakı-2015: Üzgüçülərimiz yarımfinala yüksələ bilmədi - YENİLƏNİB
25.06.2015 - 09:53
Bakı-2015: Üzgüçülərimiz yarımfinala yüksələ bilmədi - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında üzgüçülük yarışlarında 9 dəst medalın sahibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Bakı Su İdmanı Mərkəzində keçirilən yarışların ilkin mərhələsində Azərbaycan üzgüçüləri də mübarizə aparıb

 

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayıb. Sonuncu 29,21 saniyə nəticə ilə ümumi hesabda 19-cu olub. Ayhan isə finiş xəttinə 34,02 saniyəyə çataraq, sonuncu olub. Hər iki təmsilçimiz mübarizəni dayandırıb.

 

100 m məsafəyə batterflyay üsulu ilə üzən Aysu Bayramova finişə 1 dəqiqə 6,20 saniyəyə çatıb. 36 idmançı arasında sonuncu olan üzgüçümüz yarışı başa vurub.

 

200 m arxası üstə üzməkdə mübarizə aparan Qriqori Kalminski 2.09,69 nəticə göstərib. O, 39 iştirakçı arasında 31-ci olaraq, yarımfinala çıxa bilməyib. Eyni üsulla 50 m məsafə qət edən Yuliya Stisyuk 31,05 saniyəyə üzüb. O, 47 idmançının çıxış etdiyi yarışda 45-ci olub.

0