[b]Bakı-2015: “Qələbəmi anama həsr edirəm” – Pərviz Bağırov[/b]
27.06.2015 - 19:31
[b]Bakı-2015: “Qələbəmi anama həsr edirəm” – Pərviz Bağırov[/b]

“Döyüş çətin keçdi. Çünki finala ən güclülər yüksəlir. Allaha şükür ki, qalib gəldim”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı, azərbaycanlı boksçu Pərviz Bağırov deyib.

 

69 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən Bağırov çempion adına yiyələnib.

 

O, qələbəni anasına həsr etdiyini bildirib: “Rusiyalı rəqibim güclü idmançı, Avropa çempionu idi. Ancaq mən taktikalarımla qalib gəldim. Qələbəmi ilk öncə anama, sonra da bütün tanışlarıma həsr edirəm”.

 

Bağırovun sözlərinə görə, dünya çempionatı öncəsi Avropa Oyunları ona əlavə təcrübə qazandırıb: “Hər bir yarış təcrübə qazandırır. Oktyabrda dünya çempionatı keçiriləcək. Avropa Oyunları həmin yarış üçün bir təcrübə verdi. Ümid edirəm ki, dünya çempionatında da qələbə qazanacam”.

 

 

0