[b]“Mladost”un baş məşqçisi mətbuat konfransına çıxmadı[/b]
01.07.2015 - 20:35
[b]“Mladost”un baş məşqçisi mətbuat konfransına çıxmadı[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” sabah Çernoqoriyanın “Mladost” klubunu qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu gün hər iki komandanın oyunöncəsi məşqi nəzərdə tutulsa da bu fürsətdən yalnız bakılılar istifadə edib.

 

İlk öncə “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb.

 

Ardınca isə Çernoqoriya təmsilçisinin baş məşqçisi Nikola Rakoyeviç media nümayəndələri önünə çıxmalı idi. Lakin “Mladost” stadiona təşrif buyurmadığından mətbuat konfransı baş tutmayıb.

 

“Neftçi”nin mətbuat xidmətindən rəhbəri Gündüz Abbaszadə komandanın "Bakcell Arena "ya gəlib yalnız məşqlə kifayətlənəcəyini bildirib.

0