“Azərbaycan klubunu tanımadığımızdan dünya səviyyəli rəqiblə qarşılaşacağımızı bilirik” - Almaniya çempionu
03.07.2015 - 16:09
“Azərbaycan klubunu tanımadığımızdan dünya səviyyəli rəqiblə qarşılaşacağımızı bilirik” - Almaniya çempionu

“Çox güclü qrupa düşmüşük. Çempionlar Liqasında belə güclü qrup yoxdu. Bütün rəqiblərimiz dünya səviyyəli komandalardı. Biz də səbirsizliklə böyük oyunları gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın qadın voleybolçulardan ibarət “Dresdner” klubunun baş məşqçisi Aleksandr Vaibl  deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının püşkünü dəyərləndirib. Almaniya çempionunun sözlərinə görə, E qrupunda mübarizə aparacaqları “Fənərbaxça” (Türkiyə), “Telekom” (Azərbaycan) və “İmpel” (Polşa) qitənin aparıcı klublarıdı: “Türkiyə klubunun gücü hamıya məlumdu. Polşa təmsilçisi - millisinin ulduz oyunçusu Katarjina Skovronskanın transfer olunduğu “İmpel”də əla heyətə malikdi. Bu komandada italiyalı Karolina Kostoqrande və polşalı Milena Radeçka kimi voleybolçular da var. Bakının “Telekom” klubu isə əvvəlki “Rabitə”ni əvəzləyib. Bu komandanı hələ yaxşı tanımadığımızdan dünya səviyyəli rəqiblə qarşılaşacağımızı bilirik”. 

0