“Atletiko”nun futbolçusu Premyer Liqa yolunda
05.07.2015 - 15:15
“Atletiko”nun futbolçusu Premyer Liqa yolunda

Madrid “Atletiko”sunun müdafiəçisi Tobi Alderveyrled karyerasını “Tottenhem”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, londonlular belçikalı futbolçu üçün 16 milyon avrodan keçməyə hazırdılar.

 

Qeyd edək ki, müdafiəçi ötən mövsümü icarə əsasında bir başqa Premyer Liqa klubu “Sauthempton”da keçirib.

 

26 yaşlı müdafiəçi “müqəddəslər”lə meydana çıxdığı 16 oyunda 1 dəfə fərqlənməyə də imkan tapıb.

 

Alderveyrled 2009-cu ildən çıxış etdiyi Belçika milli komandası ilə 44 oyunda meydana çıxıb və 1 dəfə qol sevinci yaşayıb.

0