Məsləhətçiləri Ronaldoya danışmağa icazə vermədilər
05.07.2015 - 23:33
Məsləhətçiləri Ronaldoya danışmağa icazə vermədilər

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo gülünc vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, hadisə portuqaliyalı futbolçu ilə aparılan reportaj zamanı baş verib.

 

Belə ki, həmkarımızın Serxio Ramosun “kral klubu”nda qalıb-qalmayacağı ilə bağlı verdiyi suala futbolçunun məsləhətçiləri cavab verməyə icazə verməyib.

 

Proqramı bitməmiş tərk edən Ronaldo məsləhətçisinə əsəbləşərək bunları deyib: “İnadkarlıq etmirəm amma, reportajı bitirməyimi deyirsiz. Jurnalist dostuma mənim pis görünməyimi istəyirsiz? Bu davranışınız məni axmaq vəziyyətinə salır”.

 

Qeyd edək ki, Ronaldo verlişin əvvəlində Madrid “Real”ının dünyanın ən yaxşı klubu olduğunu və Rafael Beniteslə birlikdə yeni mövsümə başlamağı səbrsizliyə gözlədiyini bildirib.

0