“Qalatasaray” seneqallı hücumçu alır
06.07.2015 - 08:52
“Qalatasaray” seneqallı hücumçu alır

Lukas Podolskinin keçidini rəsmiləşdirən Türkiyənin “Qalatasaray” klubu daha bir transferi həyata keçirmək üzrədi. Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Moskva “Lokomotiv”inin hücumçusu Umar Niasse ilə danışıq aparır.

 

Seneqallı forvard “Qalatasaray”ın baş məşqçisi Hamza Hamzaoğluna tanış simadı. Belə ki, sözügedən futbolçu Hamzaoğlunun rəhbərliyi altında vaxtilə “Akhisar” klubunda çıxış edib.

 

Qeyd edək ki, Niasse 2014-cü ildən “Lokomotiv”in formasını geyinir. O, moskvalıların heyətində 14 oyunda 4 qola imza atıb. 

0