“Real” “Yuventus”un futbolçusu ilə anlaşdı
06.07.2015 - 09:52
“Real” “Yuventus”un futbolçusu ilə anlaşdı

“Yuventus” daha bir aparıcı futbolçusunu itirə bilər. Apasport.az saytı xəbər verir ki, Turin klubunun yarımmüdafiəçisi Arturo Vidal karyerasını “Real”da davam etdirməyə yaxındı.

 

“Kral klubu”nun çilili oyunçu ilə danışıqları müsbət nəticələnib və Vidal İspaniyaya köçməyə razılıq verib. İndi qalır “Yuventus”la anlaşmaq. İtaliya çempionu da 28 yaşlı oyunçunu satmağa razılıq verib. Ancaq “Yuve” Vidalı 30 milyon avrodan ucuz qiymətə buraxmayacağını bəyan edib.

 

Qeyd edək ki, Arturo Vidal ötən mövsüm A seriyasında 28 oyun keçirib, 7 qola imza atıb.

0