“Liverpul” Balotellini satır
07.07.2015 - 11:42
“Liverpul” Balotellini satır

“Liverpul” rəhbərliyi italiyalı futbolçu Mario Balotelli ilə yolları ayırmaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, “mersisaydlılar” 25 yaşlı hücumçunun ötən mövsümdəki çıxışından narazıdılar.

 

Bu səbəbdən rəhbərlik Balotellinin komanda ilə birgə təlim-məşq toplanışı keçməsinə icazə verməyib. Ötən yay “Barselona”ya keçmiş Luis Suaresin əvəzinə transfer edilən “Supermario” ümidləri doğrultmayıb.

 

Məhz bunu nəzərə alan “qırmızılar” yeni mövsümöncəsi hazırlıq prosesinə Balotellinin qatılmasına razı olmayıblar. “Liverpul”un sözügedən forvardı başqa kluba satmaq istədiyi bildirilir.

 

Qeyd edək ki, karyerası ərzində “İnter”, “Mançester Siti” və “Milan” kimi klubların da formasını geyinmiş Balotelli ötən mövsüm “Liverpul”un heyətində 28 oyunda cəmi 4 qol vurub. 

0