Hummels "Borussiya"da qalası oldu
27.07.2015 - 17:36
Hummels "Borussiya"da qalası oldu

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels komandasını dəyişmək fikrindən vaz keçib. Apasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu karyerasını hazırkı klubunda davam etdirməyə qərar verib.

 

O, qərarını belə izah edib: “Məşqçi futbolçunun komandada qalmağını istəyirsə, onunla söhbət edir, səhvlərini özünə deyir. Mən bu münasibəti baş məşqçidən gördüm. Halbuki fikrim “Borussiya”dan ayrılmaq idi. Ancaq qərarımı dəyişdim. Karyeramı “Borussiya”da davam etdirəcəm”.

 

0