“Rəvan” Bakını tərk etdi
28.07.2015 - 14:43
“Rəvan” Bakını tərk etdi

Seleksiya xarakterli toplanışı başa vuran “Rəvan” Premyer Liqanın hazırlığını əyalətdə davam etdirəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi bu gün Zaqatalaya yollanıb.

 

Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq komanda bir həftə sözügedən bölgədə məşq edəcəklər. Təlim-məşq toplanışının gedişində 2 yoxlama matçı da nəzərdə tutulub. Artıq matçlardan birinin keçirilmə vaxtı, yeri və rəqibin kimliyi bəllidi. Avqustun 2-də Tiflisə səfər edəcək “Rəvan” Gürcüstanın yüksək dəstəsində çıxış edən “Saburtalo” klubu ilə qarşılaşacaq.

 

Digər oyunun vaxtı və rəqibin kimliyi yaxın günlərdə dəqiqləşəcək.

0