"Qarabağ"da 3 yubiley
03.08.2015 - 17:50
"Qarabağ"da 3 yubiley

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”ə qarşı keçirəcəyi cavab oyunu bir neçə futbolçu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Şotlandiya çempionu ilə qarşılaşma Qara Qarayevin avrokuboklarda 30-cu matçı ola bilər.

 

Bosniya və Herseqovinadan olan qapıçı İbrahim Şehiç isə Çempionlar Liqasında 10-cu qarşılaşmasını keçirəcək. “Qarabağ”ın yeni transferi Alharbi Jadeyaoui isə qitə miqyaslı turnirlərdə 5-ci matçının astanasındadı.

0