[b]Əvvəlcə rəqib, sonra Svanadze[/b]
04.08.2015 - 18:43
[b]Əvvəlcə rəqib, sonra Svanadze[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “İnter” – “Atletik” qarşılaşmasından əvvəl komandaların oyunöncəsi mətbuat konfransları keçiriləcək. Apasport.az saytının məlumatına görə, "İnter" komandasının baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı saat 20.00-da, rəqib komandanın mətbuat konfransı isə 18.30-da başlayacaq.

 

Qeyd edək ki, "İnter"in məşqi 20.30-da, "Atletik " komandasının məşqi isə saat 19.00-da baş tutacaq.

 

Əlavə edək ki, məşqlərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

0