“Qalatasaray”da Qrosskroyts müəmması
01.09.2015 - 19:21
“Qalatasaray”da Qrosskroyts müəmması

Transfer mövsümünün rəsmən bitməsinə baxmayaraq, “Qalatasaray”ın Kevin Qrosskroyts transferini rəsmən açıqlamaması müəyyən şübhələrə yol açıb. Apasport.az saytının məlumatına görə, futbolçunun məxsus olduğu Dortmundun “Borussiya” klubu da bu məsələ ilə bağlı açıqlama yayıb.

 

Almanlar bildirib ki, onlar oyunçunun keçidi ilə bağlı lazımi bütün sənədlər vaxtında FİFA-nın TMS proqramına yerləşdirib. Bununla bağlı əllərində sübut var. Transferlə bağlı son qərarı isə FİFA verəcək.

 

“Qalatasaray” tərəfi isə hələ ki məsələ ilə bağlı münasibət bildirməyib.

0