“Qəbələ” Ukrayna toplanışına start verdi
02.09.2015 - 07:46
“Qəbələ” Ukrayna toplanışına start verdi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb.

 

Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komanda hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.


Qeyd edək ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

0