[b]Dimitrovski və Miçel “Qarabağ”la neçə illik müqavilə bağlayıb?[/b]
02.09.2015 - 11:06
[b]Dimitrovski və Miçel “Qarabağ”la neçə illik müqavilə bağlayıb?[/b]

“Transfer pəncərəsi” bağlanmasına baxmayaraq, “Qarabağ” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Ağdam klubu daha iki futbolçunun keçidini rəsmiləşdirib.

 

Samuel Armenterosdan sonra mərkəz müdafiəçisi Vladimir Dimitrovski və yarımmüdafiəçi Migel Markos Maderanın da karyerasını Azərbaycan çempionunda davam etdirəcəyi dəqiqləşib. Dimitrovski ilə bağlı yaranmış problem artıq yoluna qoyulub. Hər iki futbolçu “Qarabağ”la iki illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, son klubu “Kerkira” olan Vladimir Dimitrovski hazırda Makedoniya millisinin heyətində Avro-2016-nın seçmə mərhələ oyunlarına hazırlaşır. 27 yaşlı müdafiəçi sentyabrın 8-də İspaniya ilə keçiriləcək qarşılaşmadan sonra Azərbaycana gələrək yeni komandasına qoşulacaq. Miçel kimi tanınan Migel Markos Madera isə İsrail klubu “Makkabi”dən (Hayfa) gəlib. 30 yaşlı ispaniyalı futbolçu karyerası ərzində “Sportinq Xixon”, “Birmingem”, AEK və “Xetafe” klublarında çıxış edib.

0