[b]Sərfəli nəticə axtarışında[/b]
02.09.2015 - 11:43
[b]Sərfəli nəticə axtarışında[/b]

Azərbaycan yığması sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin millimizin “sükanı arxası”nda budəfəki sınağı həmyerlilərinə, yəni Xorvatiyaya qarşı olacaq.

 

“Şaxtyor”la qeyri-rəsmi yoxlama oyunu ilə başlayan startdan sonra Prosineçkili yığmamız 3 görüş keçirib. Yoldaşlıq matçında Serbiyaya uduzan (1:4) komandamız seçmə mərhələdə çıxdığı 2 oyunda isə məğlubiyyət acısı yaşamayıb. Öz meydanında Maltaya qalib gələn (2:0) Azərbaycan yığması Osloda Norveç millisi ilə qolsuz heç-heçə edib. Bu isə o deməkdi ki, təsnifat mərhələsinə uğursuz başlayan yığmamız aktivindəki 4 xalı məhz Prosineçkinin gəlişindən sonra toplayıb.

 

46 yaşlı çalışdırıcını və onun komandasını bu dəfə daha ciddi sınaq gözləyir. Çünki Xorvatiya yığması 1 xalının silinməsinə baxmayaraq, 13 xalla H qrupunun lideridi və adlı-sanlı İtaliya millisini belə qabaqlayır. Heyətində Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç və Mateo Kovaçiç kimi ulduz futbolçular olan xorvatlar qrup birinciliyi uğrunda mübarizə aparırlar.

 

Seçmə mərhələ çərçivəsində millimizin Xorvatiya ilə ilk oyununda qeydə alınan hesab da rəqibin nə qədər güclü olmasından xəbər verir. Ötən ilin oktyabrında Osiyekdə baş tutan qarşılaşmada Berti Foqtslu yığmamız qapısından 6 cavabsız top buraxmışdı. Məhz həmin nəticədən sonra almaniyalı məşqçi vətəninə yola salınmışdı. 

 

Osiyek “faciə”sini Prosineçki də izləyib və həmin görüşdə buraxılan səhvləri analiz edib. Xorvat çalışdırıcının həmvətənlərinə qarşı necə futbol təklif edəcəyi maraqla gözlənilir. Onu da qeyd edək ki, millimiz bu görüşə 2 itki ilə çıxacaq. Maksim Medvedev zədəli olduğu üçün, Cavid Hüseynov isə məlum səbəbdən sabahkı qarşılaşmada komandamıza kömək edə bilməyəcək. Maksimin yoxluğunda müdafiənin sağ cinahında Pavel Paşayev və ya İlkin Qırtımov yer ala bilər. “Qəbələ”də daha çox sağ cinahda çıxış edən Arif Daşdəmirovu da millidə bu mövqedə oynatmaq olar. Ancaq belə olan halda, müdafiənin sol cinahında boşluq yaranacaq ki, bu da Prosineçkinin işini daha da çətinləşdirə bilər.

 

Xorvatiya millisində isə heyətlə bağlı, demək olar ki, problem yoxdu. Komandanın lideri Luka Modriç Madrid “Real”ının son görüşündə yüngül zədə alsa da, bu, millimizə qarşı oynamasına mane olmayacaq.

 

Xorvatlarla görüş millimiz üçün həm də psixoloji baxımdan böyük önəm kəsb edir. Çünki bu matçdan 3 gün sonra komandamız səfərdə Malta yığması ilə qarşılaşacaq.

 

 

3 sentyabr

21:00. Azərbaycan – Xorvatiya

"Bakcell Arena". Hakimlər: Rudi Buket, Gillom Debar, Kiril Qrinqor, Filipp Jann

 

1

Xorvatiya

6

4

2

0

16

3

13

2

İtaliya

6

3

3

0

9

5

12

3

Norveç

6

3

1

2

7

8

10

4

Bolqarıstan

6

2

2

2

7

7

8

5

AZƏRBAYCAN

6

1

1

4

4

11

4

6

Malta

6

0

1

5

1

10

1

 

Qeyd: Xorvatiya – İtaliya oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu aşkarlandığına görə, Xorvatiyanın 1 xalı silinib. 

0