[b]“Azərbaycan mətbuatı bu oyuna revanş hissi ilə yanaşır” – Robert Prosineçki[/b]
03.09.2015 - 10:41
[b]“Azərbaycan mətbuatı bu oyuna revanş hissi ilə yanaşır” – Robert Prosineçki[/b]

“Bizim ev oyunlarımızı keçirdiyimiz stadionda o qədər də çox azarkeş olmur. Amma bura mənim çox xoşuma gəlir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün yığmamızın qonağı olacaq xorvatiyalılar oyunun “Bakcell Arena”da keçirilməsini təəccüblə qarşılayırlar. Xorvatiya mətbuatı matçın 68 min tamaşaçı tutumuna malik Olimpiya stadionunda keçirilməməsinin səbəbini Prosineçkidən soruşublar. Xorvatiyalı isə cavabında “Bakcell Arena”dakı atmosferin ürəyincə olduğunu bildirib: “Düzdü, bura cəmi 12 min azarkeş gələ bilir. Ancaq əsl futbol stadionudu. Burda atletika üçün qaçış zolağı yoxdu, tribunalar meydançaya çox yaxındı. Azarkeşlər möhtəşəm atmosfer yaradırlar”.

 

Təcrübəli mütəxəssis azərbaycanlı jurnalistlərin Xorvatiya millisinə marağından da söhbət açıb: “Azərbaycan mətbuatı Xorvatiya yığmasına böyük maraq göstərir. Çünki bu komandada böyük klublarda çıxış edən ulduz futbolçular var. Ancaq son vaxtlar daha çox Mateo Kovaçiçdən yazırlar. Çünki o, yenicə “Real”a transfer olunub. Bundan əlavə, onlar Osiyekdəki 0:6 hesablı məğlubiyyəti unuda bilmirlər. Bu görüşə revanş hissi ilə yanaşırlar. Bu da onları xüsusi motivasiya edir”.

 

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu bu gün “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

0