Almaniya yığmasına Marko Roysdan bəd xəbər
03.09.2015 - 12:38
Almaniya yığmasına Marko Roysdan bəd xəbər

Almaniya yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Polşa və Şotlandiya ilə keçirəcəyi oyunlara itki ilə çıxacaq. Apasport.az saytı xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu Marko Roys bu görüşlərdə Bundestimə kömək edə bilməyəcək.

 

Buna səbəb təcrübəli futbolçunun zədəli olmasıdı. Məşqdə ayaq barmağından zədə alan 26 yaşlı hücumameyilli yarımmüdafiəçi meydana çıxmağa hazır deyil. Təkrar tibbi müayinədən keçdikdən sonra Roysun Almaniya yığmasına kömək edə bilməyəcəyi dəqiqləşib.

 

Qeyd edək ki, Bundestim Polşa ilə sabah, Şotlandiya ilə sentyabrın 7-də qarşılaşacaq. 

0