Neymar ispan vətəndaşı olur
02.10.2015 - 23:04
Neymar ispan vətəndaşı olur

“Barselona”nın futbolçusu Neymar İspaniya vətəndaşı olmağa hazırlaşır. Apasport.az saytının sport.es-ə istinadən məlumatına görə, braziliyalı futbolçunun vətəndaşlıq məsələsi ilin sonuna kimi həll olunmalıdı.

 

Əgər bu baş tutsa, kataloniyalılar qışda heyətinə Avropa Birliyi vətəndaşlığı olmayan daha bir futbolçu cəlb edə biləcək. Belə ki, İspaniyada klublar iştirak ərizəsinə AB vətəndaşı olmayan sadəcə 3 oyunçu daxil eləyə bilər.

 

Hal-hazırda komandada bu yerləri braziliyalılar, Duqlas və Neymar və uruqvaylı Luis Suares tutur.

0