[b]AZAL-ın uğursuz seriyası qırıldı[/b]
03.10.2015 - 11:24
[b]AZAL-ın uğursuz seriyası qırıldı[/b]

AZAL-ın qələbəsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VII turunun “Rəvan”la ev oyununda 1:0 hesablı qələbə qazanan “təyyarəçilər” mövsümdə ilk dəfə 3 xala sevinib.

 

Tarixinin ən uğursuz startını gerçəkləşdirən bakılılar 2005-ci ildə debüt etdiyi Premyer Liqada heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı. Bunadək AZAL ən pis halda 6-cı oyununda “siftə” edib. Buna 2005/06 mövsümündə təsadüf olunub. Paytaxt təmsilçisinin son qələbəsi ötən mövsümün “Simurq”la oyununda qeydə alınıb. Bu il mayın 22-də 5:0 hesablı ev qələbəsi qazanan AZAL həmin çempionatın 1, cari birinciliyin 6 görüşündə 3 xal görməmişi.

 

7 matçlıq həsrətə son qoyan Tərlan Əhmədovun yetirmələri 133 gündən sonra qalib gəlib.

 

Qeyd edək ki, AZAL-ın qələbə qolunu Nuqzar Kvirtiya vurub.

0