[b]“Telekom” “Çelenc Cup”ın qalibini darmadağın etdi[/b]
03.10.2015 - 21:26
[b]“Telekom” “Çelenc Cup”ın qalibini darmadağın etdi[/b]

Azərbaycanı Çempionlar Liqasında təmsil edecek “Telekom” mövsümdə ilk beynəlxalq oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin rəhbərlik etdiyi Bakı klubu Türkiyədə "Bursa BB" komandası ilə üz-üzə gəlib.

 

Çengiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq turnirin ilk turu çərçivəsində təşkilatçılarla oynayan “Telekom” rəqibinə çətin anlar yaşadıb. "Çelenc Cup"in son qalibi birinci ve ikinci hissədə voleybolçularımıza ciddi müqavimət göstərsələr də, üçüncü setdə Azərbaycan klubu türklərə gücünü göstərib - 3:0 (27:25; 29:27; 25:20).

 

Nəticədə Bakıda "Lokomotiv"ə 4:0 hesabı ilə qalib gələn "Telekom" Bursada da rəqibinə set verməməklə, yeni mövsümdə iddialı olacağını bir daha ortaya qoyub.

 

Komandamız turnirin II turunda Polşanın “Atom” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Yarışın digər matçlarında isə “Proton” (Rusiya) “Qalatasaray”a (Türkiyə) (3:0), “Atom” (Polşa) isə “Kann”a (Fransa) qalib gəlib (3:0).

0