[b]Ardıcıl 2-ci, ümumilikdə 19-cu çempionluq[/b]
05.10.2015 - 08:47
[b]Ardıcıl 2-ci, ümumilikdə 19-cu çempionluq[/b]

Belçika və Hollandiyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qrup mərhələsində mübarizəni dayandırdığı yarışın qalibi adını Rusiya qazanıb.

 

Onlar həlledici görüşdə ev sahibi olan Hollandiyaya heç bir şans verməyiblər. Şimal qonşularımız bununla da ardıcıl 2-ci, ümumilikdə 19-cu çempionluğunu bayram ediblər.

 

Üçüncü yer uğrunda matçda isə Türkiyə millisi Serbiya ilə bacarmayıb. “Ay-ulduzlular” “quru hesabla” uduzaraq, “bürünc”ü rəqibə hədiyyə ediblər.

 

 

Yarımfinallar

Türkiyə – Hollandiya – 0:3 (22:25, 18:25, 26:28)

Rusiya – Serbiya – 3:1 (25:23, 25:23, 21:25, 25:22)

 

3-cü yer uğrunda

Türkiyə – Serbiya – 0:3 (19:25, 17:25, 18:25)

 

Final

Hollandiya – Rusiya – 0:3 (14:25, 20:25, 20:25)

 

Yekun cədvəl

1. Rusiya
2. Hollandiya
3. Serbiya
4. Türkiyə
5. Almaniya
6. Belçika
7. İtaliya
8. Polşa
9. Belarus
10. Xorvatiya
11. Çexiya  
12. Macarıstan
13. Bolqarıstan
14. Azərbaycan
15. Rumıniya
16. Sloveniya

0