[b]Şota Arveladze Gürcüstanda hücuma məruz qaldı[/b]
06.10.2015 - 16:19
[b]Şota Arveladze Gürcüstanda hücuma məruz qaldı[/b]

“Trabzonspor”un baş məşqçisi Şota Arveladze Gürcüstana getməyinə peşman olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis vətənində hücuma məruz qalıb.

 

Arveladzenin səfərinin məqsədi Gürcüstan Futbol Federasiyasında keçirilən prezident seçkilərində iştirak etmək olub. Çünki böyük qardaşı Revaz Arveladze də namizədlərdən biri idi. Şota jurnalistlərə müsahibə verdiyi zaman qardaşının əsas rəqibi olan Levan Kobiaşvili tərəfdarlarının hücumuna məruz qalıb.

 

Ardından isə məşhur mütəxəssislə Tiflis “Dinamo”sunun prezidenti Roman Pipia arasında mübahisə yaranıb.  

 

Qeyd edək ki, Gürcüstan Futbol Federasiyasının yeni prezidenti Levan Kobiaşvili seçilib. O, Revaz Arveladzeni cəmi 3 səs qabaqlaya bilib.

0