Stiven Cerrard “Liverpul”a qayıdır
25.11.2015 - 13:35
Stiven Cerrard “Liverpul”a qayıdır

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard sevimli komandasına qayıdır. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatına yarımmüdafiəçi özü məlumat verib.

 

Hazırda ABŞ-ın MLS liqasında çıxış edən “Los Anceles Qalaksi” klubunun formasını geyinən 35 yaşlı oyunçu bir müddətlik “Liverpul”a dönəcək. Buna səbəb MLS liqasında gələn ay mövsümün başa çatmasıdı. Cerrard isə “qırmızılar”a oynamaq yox, məşq etmək üçün qoşulacaq.

 

“Bir neçə həftə “Liverpul”un düşərgəsində olub, Yurgen Kloppla birgə çalışacam. Həmin günləri səbirsizliklə gözləyirəm. Onun necə olduğunu bilmək mənim üçün maraqlıdı. Bu müddətdə Kloppdan nəsə öyrənməyə çalışacam”, - deyə İngiltərə millisinin sabiq üzvü bildirib.

 

Qeyd edək ki, 1998-ci ildən bu ilə qədər karyerası yalnız “Liverpul”la bağlı olan Cerrard mövsümlərarası fasilədə ABŞ-a köçmüşdü.

0