[b]“Qarabağ” yaradıcı futbol oynamağı xoşlayır” - Erik Dayer[/b]
26.11.2015 - 16:13
[b]“Qarabağ” yaradıcı futbol oynamağı xoşlayır” - Erik Dayer[/b]

“Qarabağ” çox yaxşı komandadı. Bu turnirdə heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in müdafiəçisi Erik Dayer deyib.

 

London təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda bu gün “Qarabağ”la qarşılaşacaq. 21 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Ağdam klubunun ünvanına tərif yağdırsa da, meydançaya qələbə üçün çıxacaqlarını bildirib: “Biz İngiltərədəki görüşdə “Qarabağ”ı daha yaxından tanıdıq. Yaradıcı futbol oynamağı xoşlayan güclü komandadı. Özlərinə məxsus oyun üslubları var. Açığı, yol yorğunluğu var. Ancaq onu da dərk edirik ki, qələbə qazansaq, növbəti mərhələyə vəsiqəni təmin edəcəyik”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.

0