“Neftçi”nin müdafiəçisi ikinci dəfə əməliyyat oldu - FOTO
27.11.2015 - 14:28
“Neftçi”nin müdafiəçisi ikinci dəfə əməliyyat oldu - FOTO

“Neftçi”nin müdafiəçisi Məqsəd İsayev Türkiyəyə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə,  Ankaraya gedən gənc futbolçu “Acıbadəm” xəstəxanasında sağ dizindən cərrahiyyə əməliyyatı keçirib. Əməliyyatı uğurla keçən 21 yaşlı oyunçu həkim nəzarəti altında müalicəsini davam etdirəcək. Gənclər yığmamızın üzvünün 10 gündən sonra fərdi məşqlərə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, Məqsəd İsayev 2015-ci ildə artıq ikinci dəfədi ki, əməliyyat olunur. O, aprel ayında da cərrah bıçağı altına uzanmışdı.

0