[b]“Azəryol” dünya çempionuna tapşırıldı![/b]
30.11.2015 - 23:00
[b]“Azəryol” dünya çempionuna tapşırıldı![/b]

“Azəryol”da baş məşqçi dəyişikliyi olub. Klubdan apasport.az saytına verilən məlumata görə, “yolçəkənlər”in çalışdırıcısı Aleksandr Çervyakov səhhəti ilə bağlı postundan ayrılıb.

 

Təcrübəli mütəxəssis işini bundan sonra texniki direktor kimi davam etdirəcək. Onu isə baş məşqçi vəzifəsində köməkçisi Ziya Rəcəbov əvəzləyəcək.

 

“Rabitə” ilə Azərbaycan Superliqasını və dünya çempionluğunu qazanan gənc mütəxəssis ən azı mövsümün sonuna kimi əsas çalışdırıcı olacaq. Onun köməkçisinin kim olacağı isə bugünlərdə məlum olacaq.

 

Rəcəbov artıq bu gün baş tutan “Azərreyl”lə oyunda yeni komandası ilə ilk matçına çıxıb.

 

Qeyd edək ki, “Azəryol” hazırda davam edən çempionatda 5 oyundan sonra 8 xalla 3-cü pillədə qərarlaşıb. Komanda CEV Kubokunda isə 1/8 finala yüksəlib.

0