[b]Belçikadan Rusiyaya qadağa! [/b]
01.12.2015 - 15:28
[b]Belçikadan Rusiyaya qadağa! [/b]

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Gent” – “Zenit” oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb Belçikada türkiyəlilərin çoxluq təşkil etməsidi.

 

Gent şəhərində çox sayda Türkiyə vətəndaşının yaşadığını nəzərə alan şəhərin bələdiyyə sədri Daniel Termant rusiyalı fanatların Belçikaya getməmələrini istəyib. İki ölkə insanları arasında münaqişə yaşanmasından qorxan Termantın bu çağırışı ruslar tərəfindən birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı açıqlama verən Rusiya İdman Naziri Vitali Mutko bunun qanun pozuntusu olduğunu söyləyib: “UEFA və FİFA nizamnaməsinə görə, tribunaların 10 faizi qonaq komanda azarkeşləri üçün saxlanılmalıdı. Rusiyalı azarkeşlər Belçikaya gedəcəklər. Əgər belçikalılar təhlükəsizlik tədbirlərini boyunlarına götürmürlərsə, oyun neytral meydanda baş tutmalıdı. Bununla bağlı UEFA-ya müraciət etmişəm”.

 

Qeyd edək ki, Belçikada 200 minə yaxın türk yaşayır. Bunun yarısı isə Gent şəhərində məskunlaşıb.

0