Şəhriyar Məmmədyarov yenə rəqibini mat qoydu
23.12.2015 - 09:27
Şəhriyar Məmmədyarov yenə rəqibini mat qoydu

Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov üçüncü turda amerikalı Aleksandr Lendermanla üz-üzə gəlib.

 

Ağ fiqurlarla oynayan qrossmeysterimiz yenə rəqibini mat qoyub. O, IV turda Daniil Dubovla zəkasını yoxlayacaq.

 

Qeyd edək ki, aktivində 2,5 xalı olan Məmmədyarov 3-16-cı yerlərə şərikdi.

0