[b]Millimizdən çətin qələbə: Şanslar davam edir - YENİLƏNİB[/b]
06.02.2016 - 01:49
[b]Millimizdən çətin qələbə: Şanslar davam edir - YENİLƏNİB[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start verilib. Apasport.az saytının məlumatına görə, Serbiyada təşkil olunan turnirdə D qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya ilə qarşılaşıb.

 

Qrup mərhələsində son matçına çıxan yığmamız üçün bu qarşılaşma həlledici xarakter daşıyırdı. Belə ki, ilk oyunda İtaliyadan 3 cavabsız qol buraxan komandamızın taleyi böyük ölçüdə bu matçdan asılı idi.

 

Komandamız 4 və ya daha çox top fərqi ilə qalib gəlsə, adını 1/4 finala yazdıracaqdı.

 

Olduqca gərgin məcrada keçən qarşılaşmada azarkeşlər 11 qol izləyiblər. Oyun ərzində dəfələrlə hesabda irəli keçən Faustino Peresin yetirmələri hər dəfə üstünlüyü qoruya bilmirdi. Sona 15 saniyə qalmış Rafaelin vurduğu qol isə həlledici olub. 6:5 hesablı qələbə qazanan futzalçılarımız növbəti mərhələyə çıxmaq şansını saxlayıb.

 

Belə ki, əgər qrupun son matçında Çexiya İtaliya üzərində qələbə qazansa, növbəti mərhələyə bu iki komanda yollanacaq. İtaliyalıların qələbəsi və ya bərabərlik halında isə appenlilərin yoldaşı məhz yığmamız olacaq.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

Qrup mərhələsi

II tur

5 fevral

D qrupu

 

Azərbaycan – Çexiya - 6:5

Qollar: Rizvan Fərzəliyev, 6, Vitali Borisov, 7, Fieo, 11, Eduardo, 20, Avqusto, 27, Rafael, 40  - Zaruba, 9, Xoli, 12, Reşetar, 16, Novotni, 24, Kovaç, 31

 

Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstrita)

Belqrad. “Belqrad Arena”

 

1.

İtaliya

1

1

0

0

3:0

3

2.

Azərbaycan

2

1

0

1

6:8

3

3.

Çexiya

1

0

0

1

5:6

0

0