[b]“Futbol elə səviyyəyə gəlib çatıb ki…” – Qurban Qurbanov[/b]
06.02.2016 - 21:05
[b]“Futbol elə səviyyəyə gəlib çatıb ki…” – Qurban Qurbanov[/b]

“Bizim üçün vacib oyun idi. Futbol elə səviyyəyə gəlib çatıb ki, hər bir rəqibdən gözləmədiyimiz oyunu görürürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasında XX turu çərçivəsində "Qarabağ" doğma meydanda "Xəzər Lənkəran"nı 3:0 hesabı ilə məğlub edib.

 

Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi fikirlərini bölüşüb: “Futbolçularda oyunun irəliləyən dəqiqələrində istər-istəməz gərginlik olur. Bu barədə komandanı xəbərdar etmişdim. Ona görə də, hesabın gec açılmasına baxmayaraq, səbrli oynadılar. Rəqibi təbrik edirəm. Onlar əzmkar oyun sərgilədilər. Bu komanda çempionata rəng qatır. Ümid edirəm ki, "Xəzər Lənkəran"ın problemləri arxada qalar. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Futbolçularıma isə oyuna görə təşəkkür edirəm.

0