[b]“Azərbaycanla oyunda əsl İtaliyanı görə bilməmişdik” - Roberto Meniçelli[/b]
08.02.2016 - 12:03
[b]“Azərbaycanla oyunda əsl İtaliyanı görə bilməmişdik” - Roberto Meniçelli[/b]

“Azərbaycanla matçdan fərqli, Çexiya önündə istədiyimiz oyunu tam sərgiləyə bildik”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Meniçelli deyib.

 

Serbiyada təşkil edilən Avropa çempionatının qrup mərhələsində Azərbaycan (3:0) və Çexiya (7:0) yığmaları üzərində qələbə qazanan “Skuadra Adzurra” 1/4 finalda Qazaxıstanla qarşılaşacaq.

 

Millimizlə görüşü bir daha xatırlayan Meniçelli Qazaxıstanla matçın favoriti olmadıqlarını söyləyib: “Etiraf etməliyəm ki, Azərbaycanla oyunda İtaliyanı görə bilməmişdik. Ancaq Çexiya ilə matçda arzuladığım komandanı gördüm. Bu dəfə hücumda daha kəsərli oynadıq və çox qol vurduq. Üstəlik, qapımızdan yenə top buraxmadıq. Bundan sonra daha diqqətli oynamalıyıq. Çünki növbəti mərhələlərdəki rəqiblər daha güclü olur. Mən düşünmürəm ki, Qazaxıstanla görüşün favoritiyik. Biz bu barədə yox, növbəti qələbəmizi qazanmaq haqda düşünürük”.

 

Qeyd edək ki, sabah keçiriləcək İtaliya – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0