[b]Topaz Premyer Liqası: Təqvimdə dəyişiklik edildi[/b]
08.02.2016 - 14:51
[b]Topaz Premyer Liqası: Təqvimdə dəyişiklik edildi[/b]

Topaz Premyer Liqasının XXI turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun görüşləri 3 gün ərzində baş tutacaq.

 

Buna səbəb oyunlardan birinin vaxtının dəyişdirilməsidi. Belə ki, “Zirə” – “Rəvan” matçı bir gün sonraya keçirilib. Paytaxt təmsilçilərinin oyunu fevralın 14-də deyil, 15-də baş tutacaq. Dəyişikliyə səbəb oyunun televiziya ilə yayımıdı.

 

Topaz Premyer Liqası

XXI tur

13 fevral (şənbə)

 

14:30. AZAL – “İnter”

AZAL Arena

 

17:00. “Neftçi” – “Xəzər Lənkəran”

8-ci km qəsəbə stadionu

 

14 fevral (bazar)

 

15:00. “Kəpəz” – “Qarabağ”

Gəncə şəhər stadionu

 

17:30. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

 

15 fevral (bazar ertəsi)

 

18:30. “Zirə” – “Rəvan”

Zirə İdman Kompleksinin stadionu

0