[b]“Azərbaycana 2 top fərqi ilə qalib gələcəyik” – rusiyalı futzalçı[/b]
09.02.2016 - 13:05
[b]“Azərbaycana 2 top fərqi ilə qalib gələcəyik” – rusiyalı futzalçı[/b]

“Azərbaycanla oyunda bizim üçün ciddi problem yaranmamalıdı. İki top fərqi ilə qələbə qazanacağımızı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futzalçı Aleksandr Fukin deyib.

 

Rusların budəfəki heyətinə düşə bilməyən Avropa çempionatlarının 4 qat mükafatçısı ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

O, Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində bu gün keçiriləcək Rusiya – Azərbaycan matçı barədə də fikirlərini bölüşüb.

 

Fukin bu görüşdə həmyerlilərinin favorit olduğunu və növbəti mərhələyə adlayacağını bildirib: “Azərbaycan yığmasında milliləşdirilmiş braziliyalı oyunçuların olmasına rəğmən, bizim komanda ustalıq səviyyəsi baxımından onlardan üstündü. Düzdü, turnirə o qədər də inamlı başlamamışıq. Uşaqlar yaxşı başa düşürlər ki, Xorvatiya ilə oyunu yaxşı keçirmədilər, sanki özünəinam hissi çatışmırdı. Odu ki, komandamız özünü toparlamalı, müdafiədə diqqətli, hücumda isə aktiv oynamalıdı. Bu gün qələbə arzusu ilə alışıb-yanacağımızı düşünürəm. Təbii ki, Azərbaycanla matç asan olmayacaq. Əsəbi vəziyyətə düşməkdən qaçmaq lazımdı”.

 

Fukinin sözlərinə görə, Azərbaycana qalib gələ bilsələr, yarımfinal görüşləri daha ağır keçəcək: “Azərbaycan səddini keçsək, Serbiya ilə qarşılaşacağıq. Bu komandanı çox bəyəndim. Üstəlik, öz meydanlarında oynayırlar. Mənə elə gəlir ki, yarımfinalda bizi daha ağır oyun gözləyir. Bu cür turnirlərdə azarkeş dəstəyi böyük rol oynayır. Tribunalara 10 min azarkeş gəlir. Hansı komandanı alqışlamasından asılı olmayaraq, onlar futzalçıları daha da ruhlandırır və əlavə güc verirlər”.

 

 

 

0