Çinlilər “Çelsi”ni razı saldılar – 20 milyon avroya
10.02.2016 - 20:08
Çinlilər “Çelsi”ni razı saldılar – 20 milyon avroya

“Çelsi” hücumçusu Loik Remini satmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, fransız futbolçu Çin klublarının hədəfinə düşüb.

 

İngiltərə mətbuatı iddia edir ki, “Şanxay Şenua”nın israrlı təkliflərindən sonra londonlular oyunçunu 20 milyon avro qarşılığında satmağa razılaşıblar.

 

Ancaq keçidin baş tutması üçün Reminin özü ilə hələ ki razılıq əldə etmək mümkün olmayıb. Belə ki, illik qazanc olaraq 9 milyon avro tələb edən hücumçu üçün çinlilər 7 milyon təklif edirlər.

 

Qeyd edək ki, cari mövsüm 10 oyunda meydana çıxan Remi 1 dəfə fərqlənməyə imkan tapıb.

0