[b]“Rioda dünya rekordu ilə qalib gələ bilərəm” - Boyanka Kostova[/b]
13.04.2016 - 17:25
[b]“Rioda dünya rekordu ilə qalib gələ bilərəm” - Boyanka Kostova[/b]

“Yarışa çox yaxşı hazırlaşmışdım. Avropa çempionatındakı çıxışımdan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin ağırlıqqaldıran Boyanka Kostova deyib.

 

58 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanan milliləşdirilmiş legionerimiz təəssüratlarını bölüşüb. Qızıl medalla Rio-2016-ya lisenziyanı böyük ölçüdə həll edən dünya çempionumuz Braziliyada da inamlı çıxışa inanır: “Əgər hər şey yaxşı olsa və indiki kimi yüksək formamı Olimpiya Oyunlarına saxlasam, Rioda dünya rekordu ilə qalib gələ bilərəm. Bu çempionluğa görə Azərbaycan Ağır Atletika Federasiyasından nə qədər mükafat alacağımı bilmirəm. Lakin böyük turnirlərdəki qələbələr görə yaxşı mükafatlar alırıq”.

 

Qeyd edək ki, Norveçdə keçirilən Avropa çempionatı aprelin 17-dək davam edəcək. Yarışda hələlik yeganə mükafatımızı məhz Kostova qazanıb. 

0