[b]Ağır atletimiz ilk "onluğ"a düşə bilmədi[/b]
16.04.2016 - 00:40
[b]Ağır atletimiz ilk "onluğ"a düşə bilmədi[/b]

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, turnirin növbəti günündə körpücük üstünə bir atletimiz çıxıb.

 

94 kq çəki dərəcəsində mübarizə aparan Nailxan Nəbiyev mükafat qazana bilməyib. İdmançımız sıralamada 12-ci yeri tutub.

 

O, birdəfəyə 163, təkanla qaldırmada isə 203 kiloqramı qaldıraraq, ümumilikdə 366 kiloqramın öhdəsindən gəlib.

0