[b]“Milan” "kitayski" olur[/b]
28.04.2016 - 11:07
[b]“Milan” "kitayski" olur[/b]

“Milan”ın sahibi Silvio Berluskoni klubu çinli biznesmenlərə satmağa razılıq verib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, sabiq baş nazir “rossonyerlər”in səhmlərini 700 milyon avroya satır.

 

Dünən gecə tərəflər arasında baş tutan görüşdə razılıq əldə edilib. Bu isə o deməkdi ki, Berluskoninin “qırmızı-qaralar”ı çinlilərə satacağı artıq dəqiqləşib. Klubun səhmlərini alacaq milyarderlər arasında “Alibaba Qrupu”nun sahibi Cek Ma və Robin Li də var. Təhvil-təslim prosesinin iyunun sonlarında baş tutması gözlənilir. Çinlilər isə klubun transferləri və digər xərcləri üçün 1,2 milyard avro ayırmağı planlaşdırırlar.

 

Qeyd edək ki, Silvio Berluskoni 1986-cı ildən “Milan”a başçılıq edir.

0