[b]“Sumqayıt”ın futbolçuları məşqi yarımçıq tərk etdi[/b]
29.04.2016 - 12:45
[b]“Sumqayıt”ın futbolçuları məşqi yarımçıq tərk etdi[/b]

Topaz Premyer Liqasının XXXII turunda “İnter”lə qarşılaşacaq “Sumqayıt” oyuna itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, artıq iki futbolçunun “bankirlər”lə qarşılaşmanı buraxacağı dəqiqdi.

 

Bunlar gənc yarımmüdafiəçi Xəyal Nəcəfov və hücumçu Pərdis Fərcad-Azaddı. Xəyal səhhətində problem yaşayırsa, Pərdis sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadı.

 

Dünənki məşqi isə müdafiəçilər Bəxtiyar Həsənalızadə ilə Rasim Ramaldanov yarımçıq tərk etməli olublar. Buna səbəb Bəxtiyarın ayağında, Rasimin isə kürəyində ağrılar hiss etməsi olub. Klubun həkimləri hər iki oyunçunu “İnter”lə oyuna yetişdirməyə çalışırlar. Digər müdafiəçi Mikayıl Rəhimov isə zədə üzündən hələlik məşq etmir.

 

Qeyd edək ki, “İnter” – “Sumqayıt” oyunu mayın 1-də keçiriləcək.

0