[b]AFFA yığmaya Avstriyada daha bir rəqib tapdı [/b]
29.04.2016 - 17:36
[b]AFFA yığmaya Avstriyada daha bir rəqib tapdı [/b]

Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yığmamızın 3-cü rəqibi də bəlli olub.

 

Robert Prosineçkinin yetirmələri mayın 26-da Andorra yığması ilə qarşılaşacaq. Bu, komandamızın toplanışda keçirəcəyi ilk matç olacaq.

 

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.

0