[b]Türkiyə futbolunda növbəti qalmaqal: Kantonasayağı uçan təpik - VİDEO[/b]
01.05.2016 - 00:01
[b]Türkiyə futbolunda növbəti qalmaqal: Kantonasayağı uçan təpik - VİDEO[/b]

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, PTT 1-ci liqanın “Karabükspor” – “Elazığspor” oyununda qonaqların futbolçusu Tom rəqib azarkeşlərdən birinə hücum edib.

 

Oyun bitən kimi meydana daxil olan yerli azarkeşlər hakimə hücum edib. Bunun ardınca isə Tom azarkeşlərdən birinə Kantonasayağı “uçaraq” təpik zərbəsi vurub.

 

Zədələnən azarkeş təcili olaraq xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Trabzonspor” – “Fənərbaxça” oyununda da trabzonlu azrkeşlərdən biri meydana girmiş, hakimə hücum edərək, onu döymüşdü.

0