[b]“Renat Dadaşov Almaniyanın əsas yığmasının da formasını geyinəcək” - baş məşqçi[/b]
04.05.2016 - 12:03
[b]“Renat Dadaşov Almaniyanın əsas yığmasının da formasını geyinəcək” - baş məşqçi[/b]

“Avropanın ən güclü komandaları burdadı. Portuqaliya, Fransa, İngiltərə turnirin favoritləri sayılır”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Meykel Şönveyts deyib.

 

Bakıda keçiriləcək Avropa çempionatının əsas favoritlərindən sayılan almanlar ilk oyunlarını sabah Ukraynaya qarşı keçirəcəklər. Şönveyts bu gün təşkil edilən mətbuat konfransında fikirlərini bildirib: “Digər komandalar kimi, biz də güclüyük, bura uğur qazanmaq üçün gəlmişik. Bakıda mümkün qədər çox qalmaq istəyirik. Hədəfimiz finala qədər irəliləməkdi”.

 

Baş məşqçi Almaniya millisinin Azərbaycan əsilli hücumçusu Renat Dadaşovun böyük oyunçu olacağına inandığını vurğulayıb: “Biz Renatın gələcəkdə ulduz futbolçulardan olacağına inanırıq. Onun perspektivinə bələdik. Ümid edirəm ki, Renat əsas millinin də formasını geyinəcək və aparıcı oyunçulardan olacaq”.

 

Qeyd edək ki, B qrupunda Almaniya və Ukrayna ilə yanaşı, Avstriya, eləcə də Bosniya və Herseqovina milliləri yer alırlar.

0